BMT-nin qərargahına 16 kiloqram kokain yolladılar

BMT-nin qərargahına 16 kiloqram kokain yolladılar

27 Yanvar 2012 14:12
Bəyəndim (0) Bəyənmədim (0)
Üzərində BMT loqosu olan bağlama Mexiko şəhərindən göndərilib

Reuters-in məlumatına görə, BMT-nin Nyu-Yorkdakı qərargahının poçt xidmətinə içərisində 16 kilo narkotik maddə kokain olan bağlama daxil olub. Bağlama Mexiko Sitidən göndərilib. Üzərində göndərilmə və çatdırılma ünvanından başqa heç nə yazılmayıb. BMT rəsmilərinin fikrincə, bağlamanın üzərinə yapışdırılmış BMT loqolu marka yükün diplomatik statusda olduğu üçün yoxlanılmadığından xəbər verir. Göndərənlər bilərəkdən belə ediblər ki, bağlama diqqəti cəlb etmədən ünvana çatsın. Rəsmilər onu da bildiriblər ki, bağlama BMT-nin poçtundan göndərilməyib.

Təbii ki, narkotikin sonrakı aqibəti barədə məlumat verilmir...

Aqil Hüseynov

O.M.