"Sarkozi" adlanan Liviya üsyançılarının hava hücumu

"Sarkozi" adlanan Liviya üsyançılarının hava hücumu

21 Aprel 2011 09:51
Bəyəndim (0) Bəyənmədim (0)
Evdə toyuq, çöldə xoruz

Fransa prezidenti Nikola Sarkozi Liviya üsyançılarının liderini prezident kimi qarşılayıb. Sarkozi görüş zamanı Liviya Dünyəvi Təşkilatının lideri Mustafa Əbdülcəlilə Qəddafi güclərinə qarşı hava hücumunun sərtləşdiriləcəyi sözünü verib. Prezident Sarkozi Fransanın Liviya məsələsində hansı strategiyadan istifadə edəcəyi haqqında heç bir məlumat verməyib.

Görüş zamanı Əbdülcəlil Fransa prezidentini Binqazi şəhərinə dəvət edib. The İndependent qəzetinin yazdığına görə, Sarkozinin Liviya üsyançılarına dəstək olması, onun üsyançılar arasında nüfuzunu artırır.

Qəzet öz səhifələrində üsyançıların təşkil etdikləri hava hücumuna "Sarkozi" adını verdikləri haqqında da məlumat dərc edib.

Son dövrlərdə qadın qalmaqalları ilə gündəmə gələn Sarkozi adı bu dəfə kişi döyüşünə verildi. Burada deyiblər evdə toyuq, çöldə xoruz. Yeri gəlmişkən, xoruz Fransanın milli simvollarından biri sayılır...

Hafiz Əhmədov

O.M.