İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubovla görüşdü

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubovla görüşdü

27 Yanvar 2012 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər naziri Ramil Usubovla görüşüb. Elçin Behbudovun verdiyi açıqlamaya görə, görüşdə komitənin illik hesabatı ilə bağlı fikir mübadiləsi aparılıb: "Ramil Usubovla işgəncə faktları, insan haqları, nazirliyin tabeliyində olan müvəqqəti saxlanma təcridxanalarında olan vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Ramil Usubov bildirdi ki, monitorinq zamanı hər hansı bir problem olsa, birbaşa mənə müraciət edin". Elçin Behbudov monitorinqlər zamanı aşkarlanan bəzi nöqsanlar barədə Ramil Usubova məlumat verdiyini qeyd edib: "Nazir işgəncə halları ilə ciddi mübarizə aparıldığını dedi. Hansı polis idarəsində və ya şöbəsində xoşagəlməz hallar olarsa, həmin idarə rəisi cəzalandırılır".

O.M.