Bakıdan Aşqabada uçan təyyarə geri qayıtmalı oldu

Bakıdan Aşqabada uçan təyyarə geri qayıtmalı oldu

27 Yanvar 2012 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Lufthansa"nın Bakıdakı ofisindən bildirilir ki, ötən gün Almaniyanın "Lufthansa" aviaşirkəti hava şəraitinin əlverişsiz olması səbəbindən Bakı-Aşqabad aviareysini təxirə salıb. Ötən gün Frankfurtdan Bakıya enən təyyarə saat 22:10-da Aşqabad istiqamətində havaya qalxıb. Lakin Aşqabadda hava şəraiti əlverişsiz olduğundan saat 22:46-da yenidən Bakı aeroportuna qayıdıb: "Sözügedən aviareysin bu gün saat 23:00-da yerinə yetiriləcəyi gözlənilir. Əgər həmişə aviareys Frankfurt-Bakı-Aşqabad və Aşqabad-Bakı-Frankfurt marşrutu üzrə yerinə yetirilirdisə, hazırkı vəziyyət nəzərə alınaraq, aviareys Bakı-Aşqabad-Frankfurt marşrutu üzrə yerinə yetiriləcək, yəni Aşqabaddan təyyarə birbaşa Frankfurta uçacaq".

Sözügedən aviareysi yerinə yetirən "Airbus-340-300" avialaynerinin göyərtəsində olan və Aşqabada uçan sərnişinlərə gəldikdə isə, hazırda bütün sərnişinlər Bakı hava limanında yerləşdirilib: "Sərnişinlərə rahat şərait yaradılıb, yemək verilir".

O.M.