Cəbhədə atəşkəs pozuldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 26-da saat 07.00-dan 07.10-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.20-dən 16.40-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.50-dən 16.55-dək, 18.25-dən 18.35-dək, yanvarın 27-də 00.20-dən 00.25-dək, 05.20-dən 05.23-dək və 05.40-dan 05.50-dək Ağdam rayonunun Baş Qərvənd, Şıxlar və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 26-da saat 21.35-dən 22.15-dək və yanvarın 27-də 05.17-dən 05.27-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.













































.jpg)
.jpg)
.jpg)












































