Hayrunisə Gül Fransa səfirinin xanımını pərt elədi

Hayrunisə Gül Fransa səfirinin xanımını pərt elədi

27 Yanvar 2012 09:36
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyədən Fransaya ilk zərbə gəldi

Türkiyənin "Anadolu" xəbər agentliyinin məlumatına görə, Türkiyə prezidentinin xanımı Hayrunisə Gül dünən səfirlərin və diplomatik nümayəndələrin xanımlarını nahara dəvət edib. Təntənəli tədbirə yalnız Fransa səfirinin həyat yoldaşı dəvət almayıb. Səfir Laurent Billin həyat yoldaşı Sabina Bill Fransa Senatının məlum ""erməni soyqırımı"nın inkarını kriminallaşdıran qərara etiraz əlaməti olaraq tədbirə dəvət olunmayıb.

"Vatan" qəzeti jurnalistlərin sualına cavab verən Sabina Bill məsələyə təbəssümlə aydınlıq gətirib: "Mən türk mətbəxini çox sevsəm də, bu günlərdə pəhriz saxlayıram".

Fransızlar düşüncə pəhrizi saxlasalar, daha məqsədəuyğun olar...

Murad Şahməmmədov

O.M.