BƏƏ regionda müharibənin başlayacağını proqnoz edir

BƏƏ regionda müharibənin başlayacağını proqnoz edir

26 Yanvar 2012 13:26
Bəyəndim (0) Bəyənmədim (0)
Fars körfəzində hərəkət edən gəmilərin sığorta haqqı sürətlə artır

Bəhreyndə jurnalistlər qarşısında çıxış edən Dubayın polis rəisi, general leytenant Dahi Halfan regionda müharibə olacağını bildirib: "İstisna deyil ki, Yaxın Şərq regionunda müharibə başlayacaq. Sürətli silahlanma qarşıdurmanın ilk göstəricisidir. Dünya icazə verməyəcək ki, İran Hörmüz boğazını bağlasın. Lakin Tehran boğazı maksimum dərəcədə sıxmağa qadirdir. 1980-ci ildə İran boğazdan keçən gəmiləri atəşə tutduğu üçün həmin ərazidən keçmək təhlükəli idi. Bu da öz növbəsində Fars körfəzində hərəkət edən gəmilərin sığorta haqqını artırdı. İndi də sığorta haqları eyni səbəbdən sürətlə artır. Regionda vəziyyət son dərəcə gərginləşib. İran hər an regionda gərginliyi artırmağa qadirdir".

O.M.