İngiltərə və Fransa Fələstin dövlətini tanıyacaq

İngiltərə və Fransa Fələstin dövlətini tanıyacaq

21 Aprel 2011 08:55
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstinin prezidenti Mahmud Abbas qurulacaq Fələstin dövləti ilə bağlı açıqlama verib. Abbasın dediyinə görə, İngiltərə və Fransa daxil olmaqla 130 dövlət qurulacaq Fələstin dövlətini tanıya bilər. Bu haqda məlumatı Mahmud Abbas Əl-Əhram qəzetinə verdiyi müsahibədə söyləyib.

Mahmud Abbas Barak Obamanın "sentyabr ayından Fələstin dövlətinin qurulması istəyini gerçəkləşdirə bilərik" ifadəsini də sözlərinə əlavə edib. O, İsrail yaranacaq Fələstin Dövlətini oktyabr ayına qədər tanımazsa, bu dövləti BMT Məhkəməsinə verəcəklərini də söyləyib.

Belə bir ifadəni söyləməklə Mahmud Abbas İsrail dövlətinə əvvəlcədən ismarış göndərmiş olub.

Deyirlər, ismarışla həcc qəbul olunmur. Bu halda Fələstinin daha da əzmkar olması tələb olunur.

Hafiz Əhmədov

O.M.