Wikileaks-in yaradıcısı televiziya aparıcısı oldu

Wikileaks-in yaradıcısı televiziya aparıcısı oldu

25 Yanvar 2012 14:15
Bəyəndim (0) Bəyənmədim (0)
Culian Assanjın qonaqları siyasətçilər və inqilabçılar olacaqlar

Qalmaqallı Wikileaks saytının yaradıcısı Culian Assanj özünü yeni ampluada sınayacaq. O, mart ayından etibarən "Russia Today" kanalında yayımlanacaq "The World Tomorrow (Dünya sabah) verilişinin aparıcısı qismində ekranlarda görünməyə başlayacaq. Layihə çərçivəsində 26 dəqiqə həcmində 10 veriliş nəzərdə tutulur. Qalmaqallı aparıcının qonaqları siyasətçilər və inqilabçılar olacaqlar. Ehtimala görə, dünya üzrə 600 milyon tamaşaçı bu verilişə maraqla baxacaq.

Qeyd edək ki, gələn həftə Böyük Britaniya Ali Məhkəməsində C.Assanjın sonuncu apellyasiya şikayətinə baxılacaq. Belə ki, o, 2 qadına qarşı cinsi təcavüzdə ittiham olunduğu üçün İsveçə ekstradisiya oluna bilər. Culian Assanjın müdafiəsi məsələnin siyasi səbəblərlə şişirdildiyi fikrindədir. Odur ki, müttəhim İsveçdə mühakimə olunacağı təqdirdə ABŞ-a göndərilərək orada ömürlük həbs cəzası ala bilər.

"Bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi" məsələ bu yerdə çəkilməlidir. Görəsən, ikinci daş atılanda, necə olacaq?..

Murad Şahməmmədov

O.M.