Prezidentlə görüşəcək tələbələrə indidən tualetə getmək tapşırıldı

Prezidentlə görüşəcək tələbələrə indidən tualetə getmək tapşırıldı

25 Yanvar 2012 13:59
Bəyəndim (0) Bəyənmədim (0)
Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin qız tələbələrinə ciddi tapşırıldı ki, prezidentə göz-qaş eləməsinlər və yaxalarının düymələrini bağlasınlar

Bu gün Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcəklər. Artıq hazırlıq işləri son mərhələdədir. İnterfax-ın məlumatına görə, tələbələrə əvvəlcədən təlimatlar verilir. İlk əvvəl qızlara tapşırılıb ki, çəkiliş zamanı prezidentə göz-qaş eləməsinlər və ya sifətlərini haldan-hala salmasınlar. Eyni zamanda qızlara yaxalarının düymələrini bağlamaq, açıq-saçıq görünməmək tapşırılıb. Tədbirin təşkilatçılarından olan Vladimir Kulikov Lomonosov auditoriyasında ciddi iş rejiminə nail olmaq istədiklərini bildirib: "Biz tələbələrə tapşırmışıq ki, telefonları söndürsünlər və səs effektlərindən istifadə etməsinlər. Prezidentə çox əl çalmayın, dəb deyil. Prezident zala daxil olanda istəyən ayağa dursun, amma bu məcburi deyil. Tualetə getmək istəyən isə indi getsin".

Görünür, təşkilatçılar rus tələbələrinin kəramətinə bələddir...

Aqil Hüseynov

O.M.