Bu gün hava necə olacaq?..

Bu gün hava necə olacaq?..

21 Aprel 2011 09:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bizə verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 21-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Havadan asılı olmayaraq, günəştək parlamağa çalışın. Qoy bu nurdan və hərarətdən hər kəs nəsibini alsın.

O.M.