Albaniya sahillərində həlak olmuş azərbaycanlı kapitan bu gün vətənində dəfn olunacaq

Albaniya sahillərində həlak olmuş azərbaycanlı kapitan bu gün vətənində dəfn olunacaq

25 Yanvar 2012 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Albaniya sahillərində partlayış nəticəsində batan "Edirne" gəmisinin azərbaycanlı kapitanı Xəyyam Məmmədovun cəsədi bu gün səhər saatlarında Bakıya gətirilib. Mərhumun cəsədi bu gün günorta saatlarında torpağa tapşırılacaq. Bu barədə "Edirne" gəmisinin heyət üzvü Səfa İbrahimov məlumat verib.

Qeyd edək ki, Albaniyanın şimal-qərbindəki Porto Romano sahillərində partlayış nəticəsində batan "Ədirnə" adlı tankerdə 3 Türkiyə, 4 Azərbaycan, 6 Gürcüstan və 2 ukraynalı dənizçi heyəti olub. Qəza nəticəsində 3 nəfər ölüb. Onlardan biri gəminin kapitanı, azərbaycanlı Xəyyam Məmmədov olub. Hadisədə Arif Əmrahov, Səfa İbrahimov və Ramil Məlikov adlı azərbaycanlı dənizçilər yaralanıb.

O.M.