Ermənistan Qarabağ cəbhəsində atəşkəsi pozdu

Ermənistan Qarabağ cəbhəsində atəşkəsi pozdu

25 Yanvar 2012 09:57
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 24-də saat 20.30-dan 20.45-dək və 23.30-dan 23.35-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 25-də saat 04.45-dən 05.00-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.