Həftə sonu güclü qar yağacaq

Həftə sonu güclü qar yağacaq

25 Yanvar 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Hazırda Azərbaycanda hava şəraiti Mərkəzi Qazaxıstanın çox soyuq antisiklonunun təsiri altında formalaşır. Eyni zamanda orta troposferdə Arktik soyuq hava kütlələri ölkə ərazisinə daxil olmaqdadır". Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, həftə ərzində Bakıda və bütün ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, fasilələrlə yağıntılı olacaq, qar yağacaq: "Havanın temperaturu gündən-günə enəcək. Ayın 26-sı axşamdan başlayaraq yağıntıların intensivləşəcəyi, ayın 27, 28-i və 29-na keçən gecə və səhər respublikanın ayrı-ayrı rayonlarında güclü qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında ayın 26 və 27-də havanın minimal temperaturu 0-3 dərəcə şaxta, 28-i və sonrakı günlərdə isə 5-7 dərəcə şaxta təşkil edəcək. Şaxtalı qarlı hava şəraiti ilə əlaqədar respublikanın rayonlarında və Bakıda yolların buz bağlaması ehtimalı var".

O.M.