Prezident Bakıda gedən yenidənqurma işləri ilə tanış olub

Prezident Bakıda gedən yenidənqurma işləri ilə tanış olub

21 Aprel 2011 09:08
Bəyəndim (0) Bəyənmədim (0)

İlham Əliyev Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə tanış olub.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrinə gedib.

Dövlət başçısı Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış olub və müvafiq göstərişlərini verib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi sxem əsasında Səbail rayonunda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. O, bildirib ki, rayonun ərazisindəki parklar və dairələr əsaslı surətdə təmir olunub və bu işlər davam edəcək.

Daha sonra prezident sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Prezident xalqa doğru addımladıqca istər-istəməz xalqın bir parçasına çevrilir.

Elvin Babayev

O.M.