Ermənilərə əsir düşmüş əsgərin şəxsiyyəti müəyyən olundu

Ermənilərə əsir düşmüş əsgərin şəxsiyyəti müəyyən olundu

25 Yanvar 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Azərbaycan əsgərinin ermənilər tərəfindən əsir götürülməsi barədə xəbəri təsdiqləyib. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova jurnalistlərə açıqlamasında bildirib ki, BQXK-nın Xankəndi ofisinə Dağlıq Qarabağın "de-fakto" hakimiyyət orqanları tərəfindən bir Azərbaycan əsgərinin əsir götürüldüyü barədə məlumat verilib. Ş.Qəhrəmanova mümkün olan kimi BQXK-nın ona baş çəkəcəyini bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistan mətbuatı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında Azərbaycan əsgərinin əsir götürülməsi barədə məlumat yayıb. Əsir götürülən əsgər 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur.

O.M.