Srağagün axşam Tailandda qeyd olunan Yeni il bayramında 50 ev yandı

Srağagün axşam Tailandda qeyd olunan Yeni il bayramında 50 ev yandı

25 Yanvar 2012 00:17
Bəyəndim (0) Bəyənmədim (0)

23 yanvar günü Şərq təqvimi ilə Yeni il daxil olurdu. Bu münasibətlə Tailandın Supxanburi şəhərinin mərkəzində bayram şənlikləri qurulmuşdu. Tədbirin sonunda göyə fişənglər atıldı. Onlardan bir neçəsi aşağı məsafədən uçduğu üçün evlərə dəydi və nəticədə, 50 taxta ev yanmağa başladı. Ən azı 3 nəfərin öldüyü bildirilir. Şənlik televiziya ilə birbaşa yayımlandığı üçün faciə də anında nümayiş etdirilirdi. Çin mətbuatının yaydığı məlumata görə, yanğın hələ də söndürülə bilmədiyi üçün ölənlərin sayının artacağı gözlənilir.

Təsadüfi deyil ki, Şərq təqvimində yeni il Əjdaha ilidir...

Aqil Hüseynov

O.M.