2012-ilin yayında Çin Hindistana hücum edəcək

2012-ilin yayında Çin Hindistana hücum edəcək

24 Yanvar 2012 22:39
Bəyəndim (0) Bəyənmədim (0)
Hindistan Qərb dövlətləri ilə işbirliyinə gedərək, istehsal sahəsində Çinə ciddi rəqib olmağa başlayıb

Hindistanın "The Hindu" qəzetinin məlumatına görə, hindli analitiklər bir neçə ildir bəyan edirlər ki, 2012-ci ilin iyun-iyul aylarında Çinin Hindistana hərbi müdaxiləsi qaçılmazdır. Konfliktin əsas səbəbi kimi hər iki Asiya nəhənginin təbii ehtiyatları mənimsəmək istəyi göstərilir. Bundan başqa, Hindistanın sürətlə sənayeləşməsi Çinin maraqlarına ziddir. Belə ki, Cin dünyanın "emalatxanası" rolunu qonşusuna vermək istəmir. Hindistan isə Qərb dövlətləri ilə işbirliyinə gedərək, istehsal sahəsində Çinə ciddi rəqib olmağa başlayıb. Bir neçə ildən sonra bu, açıq-aydın hiss olunacaq.
Hindistanın əzəli rəqibi olan Pakistanın başı bir neçə ildən bəri daxili problemlərinə qarışdığı üçün artıq Hindistan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb.
Hindistan ordusunun istefada olan polkovniki Anil Atxale yerli "The Hindu" qəzetinə müsahibəsində qəti şəkildə bildirib ki, Çin bu ilin iyun-iyul aylarında Hindistana hücum edəcək: "Hindistan ordusu buna qətiyyən hazır deyil. Bunun günahkarı Manmoxan Sinqx hökumətidir. Hindlilər yuxudan ayılmalıdırlar. Xoşbəxtlikdən hələ vaxtımız var. Hazırda Himalay keçidləri buz bağladığı üçün hərbi müdaxilə yay aylarından tez baş tutmayacaq. Söhbət irimiqyaslı işğaldan getməsə də, çinlilər bizə sillə vuracaqlar. Eynən Kargil müharibəsi kimi (1999-cu ildə Taliban qüvvələri və Pakistan ordusu Kəşmirə daxil olmuşdu)."

Yaxşı ki, Çinin döyüş filmləri də Hind kinoları kimi xoşbəxt sonluqla bitir...

Aqil Hüseynov

O.M.