Ermənistan AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə xitam verilməsinə çalışır

Ermənistan AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə xitam verilməsinə çalışır

24 Yanvar 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə xitam verilməsi təşəbbüsü ilə çıxış edib. AŞPA-da Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutunyan qurumun yeni sədri Jan-Klod Minyona bununla bağlı müraciət edib. Müraciətdə deyilir ki, Ermənistan nümayəndə heyəti Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin əleyhinədir və onun işini boykot edəcək. Lakin J.K.Minyon bu barədə konkret qərarın hələ qəbul edilmədiyini deyib. Xatırladaq ki, AŞPA-nın Qarabağ üzrə Alt Komitəsinin İspaniyadan olan sədri Xordi Xoxla-Kosta bu qurumun fəaliyyətinin davam etdirilməsini təklif edən sənəd hazırlayıb.

O.M.