Diqqət: Azərbaycanda viruslu hepatit 35% artıb

Diqqət: Azərbaycanda viruslu hepatit 35% artıb

24 Yanvar 2012 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim və 66 orta tibb işçisi düşür. Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib. Məlumatda bildirilir ki, ötən ilin yanvar-noyabr aylarında 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə epidemik parotit ilə xəstələnənlərin sayı - 19 faiz, viruslu hepatit ilə - 35 faiz, pedikulyoz ilə - 40 faiz, qoturluq ilə xəstələnənlərin sayı isə 6 faiz azalıb, difteriya, qızılca, anadangəlmə məxmərək və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınıb. Bununla belə, göyöskürək, sifilis, skarlatin, ilk dəfə müəyyən edilən brusellyoz və tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı bir qədər artıb.

O.M.