Ermənistan ordusu atəşkəs rejimin riayət etmir

Ermənistan ordusu atəşkəs rejimin riayət etmir

24 Yanvar 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri yanvarın 23-də saat 18.25-dən 18.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.05-dən 21.15-dək, yanvarın 24-də 00.40-dan 00.50-dək və 04.00-dan 04.10-dək Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.30-dan 01.50-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.