Seyf əl İslam Haaqa məhkəməsində mühakimə edilməyəcək

Seyf əl İslam Haaqa məhkəməsində mühakimə edilməyəcək

23 Yanvar 2012 18:02
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə, sabiq diktator Müəmmar Qəddafinin oğlu Seyf əl İslamın məhkəməsi Liviyada keçiriləcək. Livanın "En nəşrə" qəzetinin məlumatına görə, Seyf əl İslam əvvəlcədən nəzərdə tutulduğu kimi Haaqa məhkəməsində mühakimə olunmayacaq. Belə ki, cümə günü Liviya Ədliyyə nazirliyi bu barədə BCM-ya müraciət edib və yazılı razılıq alıb. Qəzetin məlumatında o da bildirilir ki, Liviyanın Ədliyyə naziri Əli Xəlifə Aşur faktı təsdiq edib.

O.M.