Bakıda terrora hazırlaşan İran vətəndaşları haqda yeni məlumat yayıldı

Bakıda terrora hazırlaşan İran vətəndaşları haqda yeni məlumat yayıldı

23 Yanvar 2012 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin "Haaretz" qəzetinin məlumatına görə, ötən həftə Bakıda üstü açılan terror cəhdinin hədəfləri paytaxtdakı "Şabad Or Avner" yəhudi məktəbinin iki işçisi olub. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki nəfəri saxlamağı faktına istinad edən qəzet bildirir ki, terrorçular yəhudi məktəbinin müəllimləri Şneor Seqal və Mati Lyuisi qətlə yetirməyi planlaşdırıblar. "Haaretz" ehtimal edir ki, Bakıda yəhudilərin qətli bir qədər öncə Tehranda öldürülmüş İranın nüvə aliminin intiqamını almaq cəhdi də ola bilər.

"Azərbaycanın xüsusi xidmət orqanları bizi məlumatlandırmadan gizli şəkildə hərəkət ediblər". Yəhudi məktəbinin müəllimi Şneor Seqal terrorun üstünün açılması xəbərini belə şərh edib. O, habelə bildirib ki, şübhələndiyi şəxslər öncə onu məktəb ətrafında, daha sonra isə yaşadığı ərazidə izləyiblər.
Xatırladaq ki, ötən həftə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev və Əli Hüseynovun saxlanılması və terror cəhdinin üstünün açılması barədə rəsmi açıqlama yayıb. Bu şəxslərin İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib.

O.M.