Litvalı nazir FHN-nin qonağı olub

Litvalı nazir FHN-nin qonağı olub

20 Aprel 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri cənab Raymundas Palaitisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı nazir Kəmaləddin Heydərov nazirlik və onun tabeliyində olan qurumlar, onların fəaliyyəti haqqında ümumi məlumat verib. Həmçinin, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə qonağı məlumatlandırıb.

Litvalı nazir, öz növbəsində, Azərbaycanla Litvanın fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Bununla yanaşı, səfər proqramına uyğun olaraq, qonağın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanışlığı planlaşdırılıb.

Dostluq, əməkdaşlıq yaxşı işdir. Təki arada fövqəladə hallar baş verməsin...

Hafiz Əhmədov

O.M.