Nigeriyadakı nümayişlərdə 50-yə yaxın insan ölüb

Nigeriyadakı nümayişlərdə 50-yə yaxın insan ölüb

20 Aprel 2011 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriyada mitinqlər davam edir. Nümayiş dalğası ətraf şəhərlərə də sirayət edib.

Böyük şəhərlərdə prezident seçkilərindən sonra baş vermiş nümayişlər zamanı 50-yə yaxın insanın öldüyü bildirilir. Şahidlərin dediklərinə görə, müsəlmanların çoxluq təşkil etdiyi şəhərlərdə baş verən iğtişaşlar zamanı yüzlərlə insan yaralanıb, minlərlə insan isə öz yurd-yuvasından didərgin düşüb.

Mətbuatda gedən xəbərlərdə polislə toqquşmalar zamanı ölən insanların yandırıldığı haqqında məlumatlar dərc olunub. Yanmış cəsədlərin çoxluq təşkil etdiyi Kaduna şəhərində isə tibb işçilərinin dediyinə görə, hal-hazırda meyitxanada 12 cəsəd var.

Qeyd edək ki, Nigeriyada nümayişlər keçən həftə Qudlak Conatanın ölkə prezidenti seçilməsindən sonra keçirilməyə başlayıb.

Müsəlmanlar qəribə insanlardır. Qaşınmayan yerdən qan çıxardırlar, yəni qanuni seçilmiş prezidenti də devirmək istəyirlər...

Elvin Babayev

O.M.