Ermənistan ordusunda insident baş verdi

Ermənistan ordusunda insident baş verdi

19 Yanvar 2012 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Tert.am saytının məlumatına görə, Ermənistan ordusunun əsgəri Ayk Xaçatryanın 2011-ci il dekabrın 30-da "Nork" yoluxucu xəstəliklər xəstəxanasında vəfat etməsi ilə əlaqədar açılmış cinayət işi çərçivəsində Ermənistan ordusunun mərkəzi klinik hərbi hospitalının nevropatologiya şöbəsinin rəisi, tibbi xidmət podpolkovniki Minas Mkrtçyan şübhəli şəxs qismində həbs olunub. Məlumatda sıravi Ayk Xaçatryanın suçiçəyindən öldüyü bildirilir. Əsgərin qohumları onun hospital həkiminin səhlənkarlığından, səhv müalicədən və hərbi hissə komandirinin etinasızlığından öldüyünü bildirirlər.

O.M.