Təhsil Nazirlyinin üç əməkdaşı işdən uzaqlaşdırılıb

Təhsil Nazirlyinin üç əməkdaşı işdən uzaqlaşdırılıb

18 Yanvar 2012 12:50
1 045
Bəyəndim (0) Bəyənmədim (0)
İşçilər yaş senzi ilə əlaqədar işdən azad olunublar

Təhsil Nazirliyinin bir neçə əməkdaşı işdən uzaqlaşdırılıb. Belə ki, xüsusi şöbənin müdiri Mircəfər Nəbiyev yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Yaş senzi ilə əlaqədar işdən uzaqlaşdırılan digər 3 nəfər isə nazirliyin şöbələrinin işçiləridir. Təqaüdə göndərilənlərdən Musa Əhmədov strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsində, Zahid Məmmədov iqtisadiyyat şöbəsində, Nadim Nəcəfquliyev isə ali və orta ixtisas təhsili şöbəsində çalışıblar. Onu da əlavə edək ki, Mircəfər Nəbiyevin (Misir Mərdanovun xalası oğlu) yerinə Leyla İmaməliyeva təyin olunub.

O.M.