Gülüş ustası oğlunu itirdi

Gülüş ustası oğlunu itirdi

17 Yanvar 2012 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Arif Quliyevin vərəm xəstəliyindən əziyyət çəkən oğlu dünyasını dəyişdi

Uzun müddətdir məhkumluq həyatı yaşayan Fərid Quliyev (xalq artisti Arif Quliyevin oğlu) ötən gecə dünyasını dəyişib. Xatırladaq ki, Fərid qətl törətdiyinə görə həbs olunmuşdu.

Yasamal Rayon Polis İdarəsi F.Quliyevin ölümünün səbəblərini araşdırmaqla məşğuldur.

İlkin versiyaya görə, Fərid vərəm xəstəliyindən əziyyət çəkirdi. Çox güman ki, elə bu üzdən vəfat edib. Onu da əlavə edək ki, Fəriddən əlavə Arif müəllimin Rövşən adlı bir oğlu və bir qızı var.

"Oxu Məni" olaraq Arif Quliyevə başsağlığı veririk. Allah rəhmət eləsin!

Könül Aypara

O.M.