Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb

20 Aprel 2011 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhəri Nizami rayon Məhkəməsində deputatlığa sabiq namizəd, Bəxtiyar Hacıyevin cinayət işi ilə bağlı məhkəmə prosesi aprelin 21-dək təxirə salınıb.

Bu barədə B. Hacıyevin vəkili Elçin Namazov məlumat verib. Təxirə salınmaya səbəb vəkilin prosesdə iştirak etməməyi olub.

Qeyd edək ki, vəkilin məhkəmə prosesində iştirak etməyəcəyi əvvəlcədən məhkəməyə bildirilib. Bu gün isə hakim məhkəməni aprelin 21-nə kimi təxirə salıb.

Xatırladaq ki, bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Maraqlıdır, millətini qorumayan adam necə millət vəkili olmaq istəyib? Bax budur cəmiyyətimizin reallığı...

Elvin Babayev

O.M.