Hörmüz boğazında ABŞ-İran hərbçiləri arasında ilk insident yaşandı

Hörmüz boğazında ABŞ-İran hərbçiləri arasında ilk insident yaşandı

16 Yanvar 2012 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələri ilə İran Hərbi Dəniz Donanması arasında ilk insident yaşanıb. Pentaqonun video sənədlərinə istinadən CNN telekanalı məlumat verir ki, münaqişə İranın Hörmüz boğazını bağlayacağı xəbərindən sonra baş verib. Məlumatda bildirilir ki, İranın sürətli gəmiləri ABŞ-ın "New Orleans" nəqliyyat gəmisi boğazdan keçərkən təxribatçı manevrlər edib. Daha dəqiq desək, İran gəmiləri ABŞ katerinin xəbərdarlığına baxmayaraq, yüksək sürətlə katerin 450 metrliyinə yaxınlaşıblar.

Analoji insident Küveyt sahillərində baş verib. İranın sürətli gəmiləri ABŞ sahil müdafiə gəmisinə yaxınlaşıblar. Bu zaman iranlılar silahlarını Amerika gəmisinə tuşlayıblar.

O.M.