Albaniya sahillərində azərbaycanlı həlak oldu

Albaniya sahillərində azərbaycanlı həlak oldu

16 Yanvar 2012 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Aralıq dənizində - Albaniyanın Dürres şəhəri yaxınlığında Türkiyəyə məxsus tanker batıb. Gəmidə olan 15 heyət üzvündən 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyətinin normal olduğu açıqlanıb. Gəmi heyəti üzvlərindən 3-ü Türkiyə, 6-sı Gürcüstan, 4-ü Azərbaycan və 2-si Ukrayna vətəndaşları olub. Ölənlərdən birinin Azərbaycan, ikisinin isə Gürcüstan vətəndaşı olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb yanacaq dolu gəmidə qaz sıxılması nəticəsində partlayış baş verməsidir.

O.M.