Azərbaycan ötən il 334602 avro təzminat ödəyib

Azərbaycan ötən il 334602 avro təzminat ödəyib

20 Aprel 2011 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurası Nazirlər Komitəsi 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası vəziyyətinə dair illik hesabatı açıqlayıb. Hesabatda Azərbaycan hökumətinin ötən il 12 iş üzrə 334602 avro təzminat ödədiyi göstərilib.


2010-cu il dekabrın 31-nə olan məlumata görə, Nazirlər Komitəsində Azərbaycanla bağlı 31 iş olub, ötən il 15 iş üzrə baxış yekunlaşdırılıb. Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevin işi və "Mahmudov və Ağazadə Azərbaycana qarşı" işi üzrə qərarının icrası ilə bağlı iş də Nazirlər Komitəsindədir.


Avropa Şurası Nazirlər Komitəsi Eynulla Fətullayevin işi ilə bağlı bir daha bəyan edib ki, Azərbaycanın səlahiyyətli orqanları onun həbsdən azad edilməsinə dair bütün mümkün imkanları istifadə etməli, məcburi halda həbs qəti imkan tədbiri alternativ cəza ilə əvəz edilməlidir.

Yaxşı olardı ki, Avropa İnsan Haqları Məhkəməsi elementar yaşamaq hüquqları pozulmuş 1 milyon günahsız azərbaycanlının da işinə baxardı...

Hafiz Əhmədov

O.M.