XXI əsrin "Titanik"i İtaliyada batmaqdadır

XXI əsrin "Titanik"i İtaliyada batmaqdadır

14 Yanvar 2012 13:44
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən axşam saat 23:00 radələrindən başlayaraq Aralıq dənizində nəhəng sərnişin gəmisi batmağa başlayıb

Dünən axşam saat 23:00 radələrindən Aralıq dənizində nəhəng sərnişin gəmisi batmağa başlayıb. Hazırda gəminin böyük hissəsi suyun dərinliklərinə batıb. Çivitavekkya limanından Savonaya istiqamət alan "Kosta Konkordia" adlı kruiz layner Toskana sahilləri yaxınlığında suyun altındakı iri daşa dəyib. Gəminin alt hissəsinin 70 metri parçalandığından su tədricən içəri dolmağa başlayıb. İtaliya dəniz qüvvələri mütəxəssislərinin fikrincə, qəza ekipaj üzvlərinin diqqətsizliyi ucbatından baş verib. Dərhal 3200 sərnişinin və 1029 ekipaj üzvünün evakuasiyası barədə qərar verilib. Gəminin köməkçi qayıqları və hadisə yerinə gələn vertolyotla insanlar sahilə aparılıblar. Xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, axtarışlar davam edir. İlkin məlumata görə, qəzaya yaxın hissələrdə 3 nəfər suda boğulub. Daha doğrusu, gəmi daşa dəyərkən zərbənin təsirindən göyərtədə olan 3 sərnişin dənizə yıxılıb.

Laynerin aid olduğu "Kosta Kroçere" şirkəti sərnişinlərin İtaliya, Rusiya, Almaniya, Fransa vətəndaşları olduqlarını bildirsə də, hadisəni şərh etməkdən imtina edib.

Xatırladaq ki, zəngin turistlər üçün nəzərdə tutulan gəmidə 1500 kayuta, 4 hovuz, 5 restoran və 13 bar var idi.

İnsan taleyi dəniz kimidir, hərdən gözləmədiyin halda ləpələnir...

Aqil Hüseynov

O.M.