Eynulla Fətullayev 14 saylı cəzaçəkmə müəssisəsində oldu

Eynulla Fətullayev 14 saylı cəzaçəkmə müəssisəsində oldu

14 Yanvar 2012 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

"İnsan haqları uğrunda" İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Hüquq müdafiəçisi bildirib ki, bu cür monitorinqlərin məqsədi müəssisələrdə məhkumların saxlanma şəraiti ilə tanış olmaqdır. Monitorinq zamanı məhkumların saxlandığı korpuslarda, yataqxanalarda və onların istifadəsində olan məişət otaqlarında, yeməkxanada, sanitar-gigiyenik vasitələrə və ümumiyyətlə, cəzaçəkmə müəssisəsinin bütün ərazisinə baxış keçirilib, həmçinin bir sıra məhkumlarla fərdi görüşlər keçirilib.

Məhkum Şahin Həsənlinin səhhətində bəzi problemlərin olduğunu qeyd edən hüquq müdafiəçisi onun tibbi hissəyə köçürüldüyünü və müayinə olunduğunu bildirib. "Digər məhkum Vidadi İsgəndərli də bəzi narazılıqlarını dilə gətirib. Mən bununla bağlı öz hesabatımda qeyd edəcəcəyəm", - deyə E.Fətullayev əlavə edib.

O.M.