Sərnişini zəhərləyən Air France aviaşirkəti 146 min avro cərimə olundu

Sərnişini zəhərləyən Air France aviaşirkəti 146 min avro cərimə olundu

13 Yanvar 2012 22:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Bobinye şəhər məhkəməsi Air France aviasiya şirkətini 146 min avro cərimə edib. Fransanın "Figaro" qəzetinin məlumatına görə, sərnişin uçuş zamanı stüardessanın təklif etdiyi qəhvədən zəhərlənərək məhkəməyə müraciət etməli olub. Belə ki, 2006-cı ildə Bordo-Paris reysinin sərnişini Mark Freden Niazer uçuş zamanı gözlənilmədən özünü pis hiss etməyə başlayıb. Xəstəxanaya çatdırılarkən mədəsində cərrahi əməliyyat aparılıb. Həkimin rəyinə görə qəfil pristupa səbəb qəhvənin tərkibindəki toksin maddə olub.

Məbləğin 46 minlik hissəsi zərərçəkmişə mənəvi təzminat qismində ödəniləcək. 100 avro isə onun tibbi sığorta hesabına köçürüləcək.

Göylə gedəni endirən tapılar...

Aqil Hüseynov

O.M.