Küveyt şahzadəsi xristianlığı qəbul etdi

Küveyt şahzadəsi xristianlığı qəbul etdi

13 Yanvar 2012 21:32
1 075
Bəyəndim (0) Bəyənmədim (0)
Ondan əvvəl Həmas təşkilatının yaradıcısının oğlu Mosab Hasan Yusef könüllü surətdə xristianlığı qəbul etmişdi

Küveytin kraliyyət ailəsinin bir üzvü - şahzadə Şeyx Feysal əl Abdullah əl Sabah könüllü olaraq xristianlığı qəbul edib. O, audio-yazıda öz səsi ilə bildirib ki, öldürüləcəyi halda cənnətə düşəcəyinə əmindir. Bu haqda məlumat "Сhristian Тelegraph" və "Assist News" saytlarında yayılıb.

Peykdə yayımlanan "Al-Haqiqa" xristian televiziya kanalı şahzadənin audio-yazısını ələ keçirdikləri barədə məlumat yayıb. İddia olunur ki, həmin lent şahzadə Şeyx Feysal əl Abdullah əl Sabaha aiddir. Səsli yazıda şahzadə bu sözləri deyir: "Mən bu xəbərin yayılmasına razıyam. Həmçinin inanıram ki, öldürüləcəyim halda əbədiyyən İsa Məsihin yanında olacam. Qərarıma sevinirəm, çünki məhz İncil məni düzgün yola yönəltdi."

Şahzadə müraciətində daha sonra Misir hadisələrinə toxunub: "İslam qrupları hər zaman dünya şəhərlərinə hücum barədə düşünüblər. Amma Tanrı həmişə bu şəhərləri və bütün dünyanı qoruyur. Məhz bu səbəbdən onların arasında fikir ayrılığı yaranır və qruplar parçalanır. İslam qrupları tezliklə daha kiçik parçalara bölünəcəklər."

Küveyt şahzadəsinin xristianlığı qəbul etməsi artıq bütün ərəb mediasının gündəmindədir. Təkcə müstəqil şiə mətbuatlarından biri başqa bir Küveyt kralı Azba əl Sabaha istinadən xəbəri təkzib edib. Məlumatda bildirilir ki, kraliyyət ailəsində Abdullah əl Sabah adlı şəxs yoxdur.
Yeri gəlmişkən, ötən ilin sonlarında adıçəkilən şahzadə Şeyx Feysal əl Abdullah əl Sabah qardaşı oğlu Şeyx Salem Sabah Basil əl Salem əl Sabahı odlu silahla qətlə yetirdiyi üçün ölüm hökmünə məhkum edilmişdi.

Xatırladaq ki, bundan əvvəl Həmas təşkilatının yaradıcısının oğlu Mosab Hasan Yusef könüllü surətdə xristianlığı qəbul etmişdi.

Onu da qeyd edək ki, Küveytin rəsmi dini müsəlmanlıqdır. Əhalinin demək olar ki, hamısı bu dinə sitayiş edir.

Dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq insan bu dünyaya insan kimi gəlir və insan olmağa borcludur...

Aqil Hüseynov

O.M.