Rusiyada azərbaycanlılar həbs edilib

Rusiyada azərbaycanlılar həbs edilib

20 Aprel 2011 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Primorsk vilayətində azərbaycanlılardan ibarət cinayətkar qrup həbs edilib. "İnterfaks" agentliyinin verdiyi məlumata görə, azərbaycanlılar Primorsk meşələrində qiymətli ağacları kəsməkdə təqsirləndiriliblər.

Məlum olub ki, qrupa 2 azərbaycanlı qardaş rəhbərlik edirmiş və onlar 1 ilə yaxındır bu işlə məşğul olurlarmış.

Onların qiymətli ağacları qanunsuz kəsərək, emal olunmuş halda Çinə satmaqla məşğul olduqları üzə çıxıb.

Maraqlıdır, ağac sap deyil ki, bir anda götürüb gizlədəsən. Deməli, uzun illər Rusiya hüquq-mühafizə orqanları bunu bilirdilər. Sadəcə...

Hafiz Əhmədov

O.M.