Azərbaycanda "Avro-5" standartlı benzin istehsal olunacaq

Azərbaycanda "Avro-5" standartlı benzin istehsal olunacaq

20 Aprel 2011 14:08
905
Bəyəndim (0) Bəyənmədim (0)

ARDNŞ-nin emal komplekslərində istehsal edilən neft məhsullarının keyfiyyətinin artırılması, Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə mühüm tədbirlər görülməsi üçün təkliflər planı hazırlanıb.


Bu səbəbdən yaxın vaxtlarda respublikada "Avro-3" standartının tətbiqi ilə əlaqədar H.Əliyev adına BNEZ-in benzin istehsalı qurğularında modernləşdirmə işlərinin aparılması məqsədilə dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılıb.


Hazırda iqtisadi əsaslandırması aparılan Yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksi inşa olunduqdan sonra ölkəmizdə "Avro-5" standartına uyğun benzinlərin istehsalına başlanacağı açıqlanıb.


Qeyd edək ki, hazırda ARDNŞ -nin emal kompleksində istehsal olunan benzinlər "Avro-2" standartının tələblərinə tam uyğundur və onların 84 faizi daxili bazara, 16 faizi isə xaricə ixrac olunur.

Mənə elə gəlir ki, əvvəlcə maaşlar Avro-5 standartlarına qaldırılsın, sonra benzin qaldırılar...

Elvin Babayev

O.M.