Cəbhədə atəşkəs rejimi pozuldu

Cəbhədə atəşkəs rejimi pozuldu

13 Yanvar 2012 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri yanvarın 12-də saat 11.30-dan 11.40-dək və 17.00-dan 17.20-dək Tərtər rayonunun Qızıloba və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.35-dən 15.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.40-dan 11.50-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.