6 yaşlı uşaq məktəbə silah gətirib

6 yaşlı uşaq məktəbə silah gətirib

20 Aprel 2011 13:45
890
Bəyəndim (0) Bəyənmədim (0)

Texas ştatında Hyuston məktəbində təhsil alan 3 şagird bədbəxt hadisə nəticəsində xəsarət alıb. Uşaqlardan biri məktəbə Betsy Ross Elementary adlı yüklənmiş silah gətirib. Oğlanın adı çəkilmir, lakin onun 6 yaşlı olduğu məlum olub. Nahar zamanı məktəbin yeməkxanasında silah oğlanın cibindən düşərək atəş açıb.

Yeməkxanada olan 3 uşaq - iki oğlan və bir qız yüngül xəsarət alıblar. Yaralılar arasında məktəbə silah gətirən oğlan da olub. İlkin məlumatlara görə, uşaqlar silahın yerə düşərək açılması nəticəsində döşəmədən qalxan qəlpələrdən yaralanıblar. Zərərçəkənlər təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.
Məktəbə silah gətirən uşağın intizam məsuliyyətinə cəlb edilməsi gözlənilir.

"Uşaqlar bu günün sabahıdır" həqiqətini nəzərə alsaq, ABŞ-ın gələcəyinin "parlaq" olduğunu görə bilərik.

Hafiz Əhmədov

O.M.