Belorus diktatorunun üzünə dəli dedilər

Belorus diktatorunun üzünə dəli dedilər

11 Yanvar 2012 21:31
Bəyəndim (0) Bəyənmədim (0)
"Böyüyəndə sən də biləcəksən ki, mən dəli deyiləm"

Belorusun müxalifətyönlü "Xartiya97" saytına istinadən Newsru.com məlumat verir ki, yeni il bayramlarında Jodinsk uşaq evində tragikomik hadisə yaşanıb. Belə ki, 29 dekabr günü Minsk kənarındakı uşaq evini şəxsən prezident Aleksandr Lukaşenko ziyarət edib. Bu zaman hədiyyələr paylanılıb, mahnılar oxunub, bir sözlə, bayram abu-havası yaşanıb. Prezident balaca qızlardan birini qucağına alarkən körpə ona çəkdiyi ev şəklini göstərib. A.Lukaşenko onu əyləndirmək üçün soruşub: "Yaxşı evdir, istəyirsən orada mənzilin olsun?" Qız özünü itirmədən suala sualla cavab verib: "Sən dəlisən?" Hadisə şahidlərinin etirafına görə, bu zaman uşaq evinin işçiləri, müdiriyyəti və prezidenti müşayiət edənlər karıxıblar. Prezident isə pərt halda uşağı yerə qoyaraq deyib: "Böyüyəndə sən də biləcəksən ki, mən dəli deyiləm."

Atalar yaxşı deyiblər: "Doğru xəbəri uşaqdan soruş!"

Aqil Hüseynov

O.M.