Bakıda 18 mərtəbəli binada yanğın baş verib

Bakıda 18 mərtəbəli binada yanğın baş verib

20 Aprel 2011 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Xətai rayonunda on səkkiz mərtəbəli yaşayış binasının şaxtasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən aldığımız məlumata görə, yanğın nəticəsində, elektrik kabellərinin 60 p.m hissəsi və elektrik sayğacları yanıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər binadan 10 nəfərin təxliyəsini həyata keçirmişlər. Mənzillər yanğından mühafizə edilib . Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Söndürənlər və söndürülənlər bəllidir. Amma yanma səbəbləri və ya səbəbkarları barədə bunu demək olmaz

Elvin Babayev

O.M.