Bəşər Əsədin 500-ə qədər əsgəri Livana qaçdı

Bəşər Əsədin 500-ə qədər əsgəri Livana qaçdı

11 Yanvar 2012 12:22
Bəyəndim (0) Bəyənmədim (0)
Ordunun böyük hissəsi təhlükəsiz yerlərə qaçmaq istəyir

Washington Post qəzetinin məlumatına görə, Suriya ordusunun 500-ə qədər zəif silahlanmış əsgəri Livana qaçıb. 200 nəfər də köhnə kontrabanda yollarla qaçmağa hazırlaşır. Sərhədi keçən fərarilər etiraf edirlər ki, Suriya ordusunun əsgərlərinin böyük hissəsi hər an qaçmağa hazırdır. Lakin təqib olunacaqlarından ehtiyat etdikləri üçün bu addımı atmırlar.

Livana fərarilərdən təşkil olunmuş Suriyanın Azad Ordusunun yüksək rütbəli zabiti göndərilib. Hansına ki, polkovnik Raad Əsəd komandanlıq edir. Suriyanın Azad Ordusu əsasən Livanla sərhəddə yerləşən sünni əhalinin gənclərdən təşkil olunub.

O.M.