Seyfülislam Qəddafi üsyançıları bağışlayacaq

Seyfülislam Qəddafi üsyançıları bağışlayacaq

20 Aprel 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Seyfülislam Qəddafi Əl-Liviya televiziyasına müsahibə verib. Müsahibədə o, "çox inanıram, biz qələbə çalacağıq. Vəziyyət hər gün lehimizə dəyişir", - deyib.


Seyfülislam müxalif qüvvələrdən, əsasən də Benqazidəki insanlardan qisas almaq fikirlərinin olmadığını , heç kimi öldürməyəcəklərini söyləyib.


O, "Silah və güc istifadə edənlər eyni qarşılığı görəcək. Biz bunu istəmirik ", - deyib.

Seyfülislam üsyançıların sadə xalq yox, narkotik alverçiləri və dövlətə milyonlarla dollar borclu olan insanların olduğunu deyib.


Qeyd edək ki, üsyan səbəbi ilə Liviyanın əsas layihələri dayandırılıb, xarici ölkələrdən gələn işçilər isə ölkəni tərk edib.

Deyirlər şeytan da mələk sayılır...

Elvin Babayev

O.M.