İranlılar Novruz bayramını nədənsə Ermənistanda qeyd edirlər

İranlılar Novruz bayramını nədənsə Ermənistanda qeyd edirlər

4 Aprel 2011 08:24
Bəyəndim (0) Bəyənmədim (0)
Mart ayında İrəvana 30 min iranlı səfər edib

Novruz bayramından çox qısa müddət ötmüşdür. Bu müddət ərzində bəzi faktları araşdırdıqca təəccübümüzü saxlaya bilmədik. Belə ki, rusiyanın "Пик" kanalının "Новости Кавказа" verilişinin apardığı araşdırmalara görə, bu il mart ayında bəzi iranlılar Novruz bayramını məhz bu ölkədə keçirmişlər. Təkcə mart ayında İrəvanı 30 min "Novruz turisti" ziyarət edib. İran əhalisinin təxminən 35-40 faizinin etnik azərbaycanlı olduğunu nəzərə alsaq, məsələnin mənəvi cəhərdən faciəvi olduğunu anlaya bilərik.

Ermənistanda Novruzu əks etdirən heç bir tədbirin nişanəsi olmasa da, iranlılar, onları süjetə çəkən erməni qardaşları və bu kadrı nümayiş etdirən böyük qardaşları, yəni ruslar az qala bu ölkəni Novruzun vətəni kimi göstərməyə çalışıblar.

Süjeti hazırlayan aparıcı Novruzu şiə bayramı adlandıraraq onun xaçpərəst bir ölkədə qeyd olunması barədə ağızdolusu danışıb. Söhdət bayramdan getsə də, ilk kadrlarda İrəvanın diskoteka klubunda əylənən iranlılar nümayiş etdirilib. Daha sonra ölkəsində qadağa qoyulmuş iranlı ifaçıların konserti barədə danışılıb. Turistlər özləri isə farsca Ermənistanın şəninə təriflər söyləyiblər.

O.M