İran ABŞ-ın təyyarə gəmisini Fars körfəzindən qovdu

İran ABŞ-ın təyyarə gəmisini Fars körfəzindən qovdu

3 Yanvar 2012 18:51
Bəyəndim (0) Bəyənmədim (0)
İran ordusu Amerika ordusuna ultimatum göndərdi

İran ordusunun Baş komandanı ABŞ rəsmilərinə məktub göndərib. Məktubda qeyd olunur ki, İranın hərbi təlimləri ilə əlaqədar Fars körfəzini tərk etmiş ABŞ-ın təyyarə gəmisi bir daha geri qayıtmamalıdır. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir: "İran öz xəbərdarlığını təkrar etməyəcək. Düşmən gəmisi bizim təlimlərə görə Omman dənizinə getməli olub. Mən məsləhət görürəm və qeyd edirəm, Amerika gəmisi Fars körfəzinə qayıtmamalıdır. Yenə də məsləhət görürəm, tövsiyə edirəm və xəbərdarlıq edirəm, biz bir sözü bir neçə dəfə demirik".

Xatırladaq ki, dünən İran ordusu Fars körfəzində 10 günlük hərbi təlimlərinə yekun vurub. Qarşıya qoyulan vəzifə yerinə yetirilib. Daha doğrusu, İran neftinə beynəlxalq embarqo qoyulacağı təqdirdə, Hörmüz boğazının hərbi yolla bağlanması vəzifəsi yerinə yetirilib. Qeyd edək ki, bu zaman dünya neftinin 40 %-nin nəqli dayandırılmış olacaq.

ABŞ-ın Bəhreyndə yerləşən 5-ci Hərbi dəniz qüvvələrinin rəhbərliyi İranın hədələrinə cavab olaraq bildirib ki, dünya neftinin nəqlini əngəlləyəcək istənilən addımın qarşısını almağa hazırdırlar.

O.M.