Tacikistanda müsəlmanlar Şaxta babanı öldürdülər

Tacikistanda müsəlmanlar Şaxta babanı öldürdülər

2 Yanvar 2012 22:19
Bəyəndim (0) Bəyənmədim (0)
24 yaşlı gəncə 30 nəfər silahlı hücum etdi

Düşənbədə bir qrup gənc əhalini dinsizlikdə ittiham edərək, Şaxta baba libasında olan gənci öldürüblər. İnterfax-ın Tacikistan DİN-ə istinadən yaydığı məlumata görə, 24 yaşlı Pərviz Dovlatbekov bu gün Şaxta baba libasında olarkən naməlum şəxslər tərəfindən qətlə yetirilib: "Gənc oğlan əzizlərini təbrik etmək üçün Şaxta baba libasında binaya yaxınlaşarkən təxminən 30 gənc ona hücuma keçdi. "Tu kofiri (Sən kafirsən)" deyə qışqıraraq ona çoxsaylı bıçaq zərbəsi endirdilər. Yaralı hadisə yerində dünyasını dəyişdi". Tacikistan DİN-nin qərargah rəisi general Tohir Normatov bildirib ki, cinayətin dini motivlərlə törədildiyi hələlik sübuta yetirilməyib.

Xatırladaq ki, Yeni il bayramı ərəfəsində Tacikistan Üləmalar şurasının rəhbəri (ölkənin dini lideri) Səidmükərrəm Abdulkadirzadə bildirmişdi ki, yolka bəzəmək, hədiyyələr vermək, bayramı qeyd etmək taciklərin mədəniyyətinə və dininə ziddir, ümumən İslam dininə qarşıdır.

Buna baxmayaraq, Yeni il bayramı Tacikistanda rəsmi dövlət bayramı sayılır.

Şənliyi qəbul etməyən yasa üstünlük verəndir...

Aqil Hüseynov

O.M.