Elçin Quliyev türkiyəli komandanı qəbul edib

Elçin Quliyev türkiyəli komandanı qəbul edib

20 Aprel 2011 12:31
1 069
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Erdal Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycandakı görüşləri davam edir.

Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Erdal Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Erdal Ceylanoğluna Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyatların keçirilmə şəraiti, İran və Ermənistan sərhədlərindən mövcud təhdidlər barədə məlumat verilib.

Daha sonra E. Ceylanoğlu Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycanın Qarabağ torpaqlarının və sərhədlərinin qeyri-qanuni tranzit məqsədləri ilə istifadə edilməsi barədə informasiya verilib.

Görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi əməkdaşlıq vəziyyəti və perspektivləri müzakirə olunub.

Bir sözlə, qərara alınıb ki, əməkdaşlığın sərhədi olmasın...

Elvin Babayev

O.M.