Axşama doğru hava tutulacaq

Axşama doğru hava tutulacaq

2 Yanvar 2012 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 02-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər zəif duman, axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru güclənəcək. Havanın temperaturunun gecə 2-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Bu gün Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, axşama doğru güclənəcək. Havanın temperaturu gecə 0 dərəcədən 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.
Yanvarın 02-də ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

O.M.