Ordumuzun iki əsgəri yaralanıb

Ordumuzun iki əsgəri yaralanıb

20 Aprel 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb.

Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov yaralanıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib. F. Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E. Nəzərov isə yüngül xəsarət alıb.
Qeyd edək ki, F. Abdullayev Gədəbəy, E. Nəzərov isə Kəlbəcər rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü

Hafiz Əhmədov

O.M.